Kürdəmirdə yol qəzası baş verib.
Mynews.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Kürdəmir rayon sakini, 50 yaşlı Cəlil Mehdiyevin idarə etdiyi "Mercedes" markalı avtomobil yolda dönmə əməliyyatını yerinə yetirərkən həmin istiqamətdə hərəkət edən 21 yaşlı Orxan Ələkbərlinin idarə etdiyi eyni markalı avtomobillə toqquşub.
Cəlil Mehdiyev - Sürücü: “Körpünün altından çıxdım, nəqliyyat vasitələrinə yol verəndən sonra gəldim, burada avtomobillər gəlirdi. Yol verdim, avtomobillər qurtaran kimi rolu döndərəndə, bir də gördüm, sürətlə gəldi, vurdu”.
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub