Paytaxtda yol qəzası baş verib.
Mynews.az ARB TV-yə istinadla xəbər verir ki, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində 159 nömrəli marşut xətti üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu Biləcəri istiqamətində hərəkətdə olan zaman ağır tonnajlı yük avtomobilinin arxa hissəsinə çırpılıb.
Avtobusda olan sərnişinlərdən 8 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Yaralılara 1 saylı Kliniki Tibbi Mərkəzdə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş olduğundan ambulator müalicəyə buraxılıblar.
Fakt araşdırılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub