Ötən axşam Xəzər rayonu ərazisində, Mərdəkan avtomagistralında 1961-ci il təvəllüdlü Babayev Rəfi Hacıağa oğlu yolu keçərkən “Range Rover” markalı avtomaşın tərəfindən vurulub.
Mynews.az xəbər verir ki, SalamNews-a zərərçəkənin ailə üzvlərinin verdiyi məlumata görə, o, sürücü tərəfindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib.
Tibbi müdaxilədən sonra yaralının həyat təhlükəsi aradan qaldırılıb. Həkimlər Rəfi Babayevin vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.
Faktla əlaqədar Xəzər Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Sürücünün izahatı alınıb və avtomobil cərimə meydançasına aparılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, evdən çıxan Rəfi Babayev yolu keçərək yaxınlıqdakı marketə getmək istəyib. Yol işıqsız və yağıntı səbəbilə sürüşkən olduğundan, həmçinin “Range Rover” markalı avtomaşın sürət həddini aşdığından məlum qəza baş verib.
Qeyd edək ki, “Range Rover” markalı avtomaşının sürücüsü diş həkimidir və hadisə o, işdən evinə qayıdarkən baş verib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub