Güclü külək və leysan Zaqatalada xeyli fəsad törədib. Bəzi kəndlərdə ağaclar aşıb, tövlələrin dam örtüyü uçub. Elektrik enerjisinin verilişində də fasilələr yaranıb.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, irigövdəli ağaclar aşıb,tövlələrin dam örtüyü uçub...Güclü külək Zaqatalada xeyli fəsad törədib. Ötən gecə güclü külək və leysan yağışı rayonun 3-cü Tala, Yolayrıc və Muğanlı kəndlərində müəyyən fəsadlara yol açıb. 20-dən çox tövlə və talvarın dam örtüyü uçub, irigövdəli ağaclar aşıb.
Elektrik dirəklərinə və naqillərə də ciddi ziyan dəyib. Nəticədə rayonun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Kənd sakinləri və aidiyyəti qurumlar fəsadların aradan qaldırılmasına başlayıblar. Axşam saatlarında həmin ərazilərə elektrik enerjisinin verilişi tam bərpa edilib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub