USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Bakıda gecə klubunda qətl törədən şəxsə ağır cəza istənildi

12:54 13.09.2017
Bakıda gecə klubunda qətl törədən şəxsə ağır cəza istənildi
12:54 13.09.2017

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində gecə klubunda müştərini bıçaqlayaraq, qətlə yetirməkdə təqsirləndirilən Vüsal İbrahimovuncinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Mynews.az Report-a istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında V.İbrahimovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə Nizami rayonu, "Neftçilər" metrostansiyası yaxınlığında yerləşən "Arbotaj" gecə klubunda baş verib. 1991-ci il təvəllüdlü İbrahimov Vüsal Bəhir oğlu işlədiyi barda mübahisə etdiyi müştəri, Tovuz rayon sakini olan, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlunu bıçaqlayıb.

Xəstəxanaya aparılan Nurlan Atakişiyev orada dünyasını dəyişib.

O, Cinayət Məcəlləsinin 120.1 (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham olunub.


Xəbər lenti