Sumqayıtda bankomatlardan birindən külli miqdarda pulun oğurlanmasının qarşısı alınıb.
DİN-in mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşları tərəfindən vaxtında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Corat qəsəbəsi ərazisində quraşdırılan bankomatlardan birindən külli miqdarda maddi vəsaitin oğurlanmasının qarşısı alınıb.
Belə ki, qeyd edilən ünvanda quraşdırılmış bankomatın qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəhər sakinləri Elnur Tağıyev, İlqar Səfərov və onun qardaşı Tural Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, saxlanılan şəxslər hadisədən bir neçə gün əvvəl həmin bankomatın yanına gələrək müşahidə aparıblar. Hadisə günü isə onlar özləri ilə lazımi avadanlıqlar götürərək bankomatın içində olan seyfi qıraraq, oğurluq etməyə cəhd göstəriblər.
Dəstə üzvləri saxlanılan zaman onların yaşadıqları ünvanlardan qeyd edilən cinayət hadisəsini törədərkən istifadə etdikləri dəmir alətlər maddi sübut kimi aşkar olunaraq götürülüb.
Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub