Daşkəsən rayonunun Bayan kəndində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Mynews.az report.az-a istinadən xəbər verir ki, rayon sakini, 1984-cü il təvəllüdlü Ramil Rafiq oğlu Həsənov arvadı - 1990-cı il təvəllüdlü Könül Hafiz qızı Əzizovanı 8 yaşlı uşağının gözləri qarşısında öldürüb.
Məlumata görə, hadisədən əvvəl K.Əzizova 2-ci sinifdə oxuyan 8 yaşlı uşağını götürərək rayonun Bayan kəndində yaşayan anasıgilə gəlib. Daha sonra onun həyat yoldaşı da ora gəlib və ər-arvad arasında mübahisə yaranıb. Münaqişə zəmnində R.Həsənov arvadını qaynanası və uşağının gözləri qarşısında boğaraq öldürüb.
Kənd sakinlərinin verdiyi məlumata görə, həmin gün kənddə K.Əzizovanın qohumunun toyu olub: "Ramil arvadının həmin toy mərasimində iştirak etməsinə qarşı çıxaraq onun qohumunun toyuna getməsinə icazə verməyib. Ər-arvad arasında mübahisənin də bu səbəbdən yaranıb. Onların ailəsi kənddə sakit və mədəni ailə kimi tanınırdı. Ramilin atası rayonda tanınmış maşın ustasıdır. Ramil sakit oğlan idi. Könülün haqqında indiyə kimi heç bir söz-söhbət olmamışdı. Biz də eşitmişik ki, hadisə qısqanclıq zəminində baş verib.
Hadisədən sonra R.Həsənov könüllü olaraq polisə təslim olub.
Qeyd edək ki, R.Həsənov Daşkəsən-Bakı istiqamətinə, şəxsi avtomobili ilə sərnişin daşıma ilə məşqul olurmuş. Baş vermiş hadisə ilə bağlı Daşkəsən rayon Prokurorluğunda inayət işi başlanılıb, istintaq aparılır.
1
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
1047 dəfə oxunub
2
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
1043 dəfə oxunub
3
Prezident ailəsinin Trampla FOTOLARI
999 dəfə oxunub
4
"Whatsapp Web" üçün yeni dövr başlayır
997 dəfə oxunub
5
Nazirlik aktyora 657 min manat ödəyəcək
992 dəfə oxunub