Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Yasamal rayonu ərazisində avtobusun törətdiyi qəza nəticəsində 29 yaşlı qadın ölüb:
“Qadın yanında azyaşlı uşağı ilə yolu keçərkən avtobus onu vurub. Avtobusun üstünə gəldiyini görən qadın uşağını kənara itələyib. Avtobus qadını vurub, o hadisə yerində dünyasını dəyişib. Hadisə nəticəsində sərnişinlərdən xəsarət alan olmayıb”.
***
Bu gün səhər saatlarında Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə "İnşaatçılar" metro stansiyasının yanında qeydə alınıb.
39 saylı sərnişin avtobusu metro stansiyasının yaxınlığındakı dayanacağa çırpılıb. Hadisə nəticəsində bir qadının ağır yaralandığı, sürücünün hadisə yerindən qaçdığı bildirilir.
Hazırda hadisə yerinə yol polisi əməkdaşları və Təcili Tibbi Yardım cəlb olunub.
Qəzanın baş vermə səbəbi dəqiq məlum deyil, araşdırma başlayıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub