Hacıqabulda iki piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yerləşən körpünün üstündə baş verib. Ağcabədi sakini Məmmədov Əhədin idarə etdiyi 99 XA 337 dövlət nömrə nişanlı, "İnfiniti" markalı avtomobil yolu keçən iki piyadanı vurub.
Hadisə nəticəsində ağır bədən xəsarətləri alan Hacıqabul sakinləri 1961-ci il təvəllüdlü Ağayev İmran Əlipaşa oğlu və onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Əliyeva Rəqiyyə Əziz qızı hadisə yerində keçiniblər.
“İnfiniti” markalı avtomobilin vurduğu 1961-ci il təvəllüdlü Ağayev İmran Əlipaşa oğlu və onun həyat yoldaşı 1966-cı il təvəllüdlü Əliyeva Rəqiyyə Əziz qızı Bakıda yaşayırmış.
Onlar Hacıqabula İmran Ağayevin qardaşının övladının toy məclisinə gediblər. Toydan sonra ər və arvadı Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsindəki körpüyə gəliblər. Burada onlar taksi tutaraq Bakıya qayıtmaq istəyiblər. Lakin dayanacağa getmək üçün yolu keçməyə çalışan şəxslər Ağcabədi rayon sakini Əhəd Məmmədovun idarə etdiyi “İnfiniti”nin altında qalıblar. Hər iki şəxs aldıqları xəsarətdən hadisə yerindəcə keçinib.
Qeyd edək ki, hadisədən bir qədər sonra İ.Ağayevin toy keçirilmiş qardaşının evinə bu barədə xəbər verilib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub