Sankt-Peterburqda güllələnərək öldürülən azərbaycanlının kimliyi məlum olub.
Mynews.az-ın APA-ya istinadən məlumatına görə, qətlə yetirilən şəxs Zaqatala rayonunun Çobankol kənd sakini Elman Rahid oğlu Məmmədovdur.
Kənd sakinləri bildirib ki, E. Məmmədov Rusiyada bizneslə məşğul olub. O, azyaşlı övladını müalicə etdirmək üçün Krasnoyarskdan Sankt-Peterburq şəhərinə gedib. Sankt-Peterburq şəhərində həmkəndlilərinin evində qonaq qalan Elman Məmmədov siqaret çəkmək üçün binadan həyətə düşüb. O, binanın həyətində naməlum şəxs tərəfindən güllələnərək, qətlə yetirilib.
Mərhumun meyiti sabah doğulduğu Çobankol kəndinə gətirilərək, dəfn ediləcək.
Qeyd edək ki, Rusiya mətbuatında sentyabrın 13-də həmin hadisə ilə bağlı məlumat yayılıb. Məlumatda qeyd olunur ki, sentyabrın 12-si, yerli vaxtla saat 23.05 radələrində Novoe Devyatkino qəsəbəsi, Məktəb küçəsi 94 ünvanında atışma olduğu barədə polisə məlumat daxil olub. Hadisə yerindən Azərbaycan vətəndaşı yaralı vəziyyətdə xəstəxanaya aparılıb. Lakin onu xilas etmək mümkün olmayıb.
Polis əməkdaşları "isti izlər"lə qətli törətməkdə şübhəli bilinin 47 yaşlı işsiz kişini saxlayıblar.
Ondan "Sayqa" karabin tüfəngi götürülüb. Silah polisdə qeydiyyatda olub.
Öldürülən şəxsin hadisənin baş verdiyi ünvana qonaq gəldiyi məlum olub. O, siqaret çəkmək üçün həyətə çıxanda güllələnib.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
1
Leyla Əhmədova həbs olundu
375 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
321 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
295 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
287 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
279 dəfə oxunub