Nərimanov Rayon Polis İdarəsinə təcavüz haqqında müraciət daxil olub.
Mynews.az xəbər verir ki, bu barədə "Sputnik Azərbaycan”a adıçəkilən rayonun polis idarəsindən bildirilib. Şikayət edən Göygöl rayonunun 20 yaşlı sakini G.T. olub. O bildirib ki, fevralın 16-da saat 04:30 radələrində Tural adlı gənc tərəfindən zorlanıb.
Zərərçəkənin sözlərinə görə, cinayət markası və nömrəsi müəyyən edilməmiş avtomobildə baş verib. Amma qız cinayətin harada baş verdiyini dəqiq bilir. Onun sözlərinə görə, hadisə Əhməd Rəcəbli küçəsində, 33 nömrəli binanın qarşısında baş verib.
Zərərçəkənin sözlərinə görə, onlar Tural ilə gecə klubunda xoş vaxt keçiriblər. Doyunca rəqs etdikdən sonra onlar evə qayıtmaq qərarına gəliblər, amma o, ağlına da gətirməzdi ki, onunla yanaşı oturan oğlanın məkrli fikirləri var. Polisdən qeyd ediblər ki, işin materialları rayon prokurorluğuna veriləcək: "Qoy orada aydınlaşdırsınlar”.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub