Dünən saat 14:30 radələrində Bakı metrosunda insident baş verib.
Belə ki, metronun "28 May" stansiyasında gənc xanımın bir qolu metroya daxil olarkən vaqonun qapıları arasında qalıb. Maşınist hadisədən xəbərsiz olduğu üçün qatarı işə salıb. Vaqonda olan digər sərnişinlər dərhal qadının imdadına çataraq onu xilas ediblər. Bundan bərk qəzəblənən gənc xanım isə metronun "Nizami" stansiyasında düşərək maşınisti təhqir edib. Bu azmış kimi xanım sərnişin maşınistin üzünə də tüpürüb.
Media24.az-ın hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, maşınist bütün bunların qarşılığında qadına "Çox sağ ol. Hörmətin artıq olsun" deyərək yoluna davam edib.
1
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
1047 dəfə oxunub
2
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
1043 dəfə oxunub
3
Prezident ailəsinin Trampla FOTOLARI
999 dəfə oxunub
4
"Whatsapp Web" üçün yeni dövr başlayır
997 dəfə oxunub
5
Nazirlik aktyora 657 min manat ödəyəcək
992 dəfə oxunub