Sabirabadda iki oğlanın “xınayaxdı” DƏHŞƏTİ qızı zorla maşına mindirdilər, sonra... - ŞOK TƏFƏRRÜAT

723
Sabirabadda iki oğlanın “xınayaxdı” DƏHŞƏTİ qızı zorla maşına mindirdilər, sonra... - ŞOK TƏFƏRRÜAT

Sabirabad rayonunda qız qaçırmaqda təqsirli bilinən rayon sakinləri, 1994-cü il təvəllüdlü Xəyyam Heydərli və 1995-ci il təvəllüdlü Emin Mikayıllının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Xəyyam Heydərli 21 iyul 2016-cı il tarixdə, saat 22 radələrində Samirə Babayevanı (ad və soyad şərti verilib – red.) evlənmək məqsədilə oğurlamaq barədə həmkəndlisi Emin Mikayıllı ilə qabaqcadan razılığa gəlib.

Qız qaçırma

Onlar Sabirabad rayonunun Güdəcuhur kəndində yaşayan Əliman Feyzullayevin həyətində keçirilən “xınayaxdı” mərasiminə gediblər. Həmin vaxtı bibisi Fatma ilə şənliydən qayıdan Samirənin qollarından tutub.

O, Samirəni dartaraq yaxınlıqda olan Emin Mikayıllının idarə etdiyi “VAZ-21074” markalı avtomobilə tərəf gətirib və maşına mindirib. Belə bir vəziyyətdə Emin Mikayıllı avtomobili idarə edib və Samirəni oğurlayaraq hadisə yerindən uzaqlaşıb.

İntihar cəhdi

Kəndarası yolda Samirə maşının qapısını açaraq özünü hərəkətdə olan avtomobilin salonundan yerə atıb. Bu səbəbdən Samirə alın nahiyəsində xəsarət alıb.

Xəyyam Heydərli və Emin Mikayıllı Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək) maddəsi ilə ittiham ediliblər.

Hökm və şikayət

Onların barəsində olan cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hakim Mehdixan Abdullayevin sədrliyilə baş tutan prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Xəyyam Heydərli 8 il, Emin Mikayıllı 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər.

Təqsirləndirilən şəxslər törətdikləri əməldən peşman oldurlarını bildiriblər. Hər iki təqsirləndirilən barəsində olan hökmün dəyişdirilməsini, barələrində şərti cəza təyin edilməsini xahiş edib.

Qız qaçıranların cəzası niyə yüngülləşdirildi?

Onların şikayətləri araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Amil Dosiyevin sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin barəsində qərar elan edilib.

Qərara görə, Emin Mikayıllının cəzası 2 ilə, Xəyyam Heydərlinin isə cəzası 5 ilə endirilib.

Xəbər lenti