Qazaxıstanın Alma-Atı vilayətində “Range Rover” markalı avtomobilin dəvə ilə toqquşması nəticəsində 5 nəfər ölüb.
Mynews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə vilayət üzrə Daxili İşlər Departamentinin mətbuat xidməti məlumat yayıb.
Hadisə bu gecə “Qərbi Avropa-Qərbi Çin” yolunda baş verib. 43 yaşlı qadın tərəfindən idarə olunan avtomobil Aydarlı kəndi yaxınlığında dəvə ilə toqquşub. Baş verən qəza zamanı sürücü və 3 sərnişin hadisə yerində, daha bir nəfər isə xəstəxanada ölüb. Sahibinin hələlik müəyyənləşdirilmədiyi dəvə də hadisə yerində tələf olub.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub