Ana doğuşdan sonra dünyasını dəyişib, amma hadisədən 9 gün keçməsinə baxmayaraq hələ də ölümün səbəbi bilinmir.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Sabirabadda baş verib. Sentyabrın 10-da səhər saatlarında İmişlinin Qaraqaşlı kənd sakini, 32 yaşlı Nuranə Əzizova Sabirabad Rayon Regional Perinatal Mərkəzinə yerləşdirilib və o, normal doğuşla oğlan uşağı dünyaya gətirib. Doğuşdan sonra ana palataya köçrürülüb və vəziyyətinin normal olması barədə valideynlərinə məlumat verilib.
Yaxınlarının iddialarına görə, həmin gün valideynləri Nuranə Əzizovanı evə aparmaq istəsələr də, həkimlər onun bir gün xəstəxanada nəzarətdə qalmalı olduğunu bildiriblər. Lakin axşam saatlarında qəfildən Nuranə Əzizovanın halı pisləşib və dünyasını dəyişib.
Məsələ ilə bağlı Sabirabad Rayon Regional Perinatal Mərkəzindən bildirildi ki, qadının hansı səbəbdən öldüyü hələ ki, məlum deyil.
Hazırda körpənin vəziyyəti normaldır və bu gün ailəsinə təhvil verilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub