Ötən gün Salyan və Biləsuvarda baş verən ağır yol qəzalarında 1-i hamilə qadın olmaqla, 8 nəfər dünyasını dəyişib.
Mynews.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Trend-ə verdiyi məlumata görə, dünən axşam saatlarında Salyanda 2 avtomobilin toqquşması nəticəsində 4 nəfər dünyasını dəyişib.
Ölənlərin hamısı qadın olub. Qadınlardan biri hamilə olub. Hadisə nəticəsində yaralanan 2 nəfər kişidən biri əməliyyat edilib. Əməliyyat edilən yaralının vəziyyəti ağır, digər yaralının vəziyyəti isə orta ağır qiymətləndirilir.
Qeyd edək ki, Biləsuvarda “KAMAZ” markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub