Bakıda işıqforun qırmızı işığından keçən mopedi avtomobil vurub, xəsarət alan var.
Mynews.az Report-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, dönərxanın kuryeri kimi fəaliyyət göstərən 1997-ci il təvəllüdlü Quliyev Pənah Nizami oğlu idarə etdiyi mopedlə Səməd Vurğun küçəsində işıqforun qırmızı işığından keçib. Həmin vaxt 99-XL-071 dövlət qeydiyyat nişanlı, "Lada Priora" markalı avtomobili idarə edən 1988-ci il təvəllüdlü Quliyev İlqar Adil oğlu işıqforun yaşıl ışığından keçərkən mopedə çırpılıb.
Nəticədə moped səkiyə çırpılıb və yararsız hala düşüb. Mopedi idarə edən P.Quliyev ağır xəsarət alaraq, xəstəxanaya yerləşdirib. Minik avtomobilinin sürücüsü İ.Quliyev bildirib ki, mopedi idarə edən şəxs onun avtomobillə hərəkətinə reaksiya verməyib: "Yəni o, bilərəkdən qəfil yola çıxıb".
Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub