Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Bakı küçəsində qeydə alınıb. Belə ki, şəhərdaxili mikroavtobusla "Mercedes" markalı minik avtomobili toqquşub. İdarəetmədən çıxan "Mercedes" markalı avtomobil yolun kənarında dayanan "VAZ-21011" markalı avtomobilə arxadan çırpılıb. Həmin vaxt öz avtomobilinin qabaq hissəsində dayanan "VAZ-21011" markalı avtomobilin sürücüsü, Kəlbəcər rayon sakini, 1956-cı il təvəllüdlü Arif Alı oğlu Niftaliyev öz avtomaşınının altında qalaraq, ağır bədən xəsarətləri alıb. Yaralı ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılsa da, orada ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub