Abşeron rayonu, Masazır qəsəbəsində sahibsiz itlər 65 yaşlı Eldar Zamanova hücum ediblər.
Mynews.az xəbər verir ki, bu barədə Ölkə.Az-a E.Zamanovun oğlu Natiq Zamanov məlumat verib. Onun sözlərinə görə, hadisə qəsəbənin Cantəpə adlanan məhəlləsində baş verib: "Burada çoxlu sahibsiz itlər var. May ayında yaxınlıqdakı məktəbə də hücum etmişdilər. Hətta 5-6 uşaq da xəsarət almışdı. Amma bu barədə heç yerdə xəbər verilmədi, heç bir tədbir də görmədilər. Dünən də sahibsiz itlər 65 yaşlı atama hücum ediblər. Təzəcə ürək əməliyyatı keçirib, iki dəfə infarkt olub. İtlər atamın başını dişləyib, qollarını parçalayıb. Hazırda "Semaşko"dadır".
N.Zamanov bildirib ki, sözügedən problemə görə məhəllədəki məktəblilər dərsə getmək istəmirlər: "Çünki hər an təhlükə var. Xahiş edirəm, bu məsələni ictimailəşdirin. Bəlkə, aidiyyəti qurumlar bir tədbir görərlər".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub