Tanınmış jurnalist Azər Hüseynbalanın ürək damarına stend qoyulub.
Mynews.az xəbər verir ki, jurnalistin oğu Turqut Əzizlinin “Report”a verdiyi məlumata görə, atası səhər saatlarında Mərkəzi Klinik Xəstəxanada əməliyyat olunub.
Onun sözlərinə görə, hazırda atası xəstəxananın reanimasiya şöbəsindədir: “Hazırda səhhəti normaldır, amma hələlik narkozdan ayılmayıb. Ona görə də yanına kimsə buraxılmır”.
Turqut onu da qeyd edib ki, Azər Hüseynbalanın ürəklə bağlı problemi olmayıb: “Onun sadəcə hipertoniyadan (təzyiqin yüksək olması) şikayəti var idi”.
Qeyd edək ki, tanınmış jurnalist ötən gün infarkt keçirirək xəstəxanaya yerləşdirilib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub