Ölkəmizdə ailə münaqişələrinin əksəriyyəti sonda qadınların ərləri tərəfindən döyülməsi ilə nəticələnir. Təəssüflər olsun ki, bu cür hadisələrin çox hissəsi elə qadınların özləri tərəfindən gizlədilir.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirir ki, Azərbaycanda təkcə əri tərəfindən deyil, övladı, valideynləri, qaynanası, hətta baldızı tərəfindən döyülən qadınlar var:
“Əri tərəfindən zorakılığa məruz qalan qadın yüngül xəsarət alıbsa, yoldaşı cərimə ödəməlidir. Yox, yetirilən xəsarət orta-ağır və ya ağırdırsa, ər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Lakin bəzi hallarda bu cür zorakılıqlarla qarşılaşan xanımlar müraciət etmirlər. Həkimə deyirlər ki, evdə yıxılmışam, bilmədən bıçaq əlimdən çıxıb və s. Hadisəni gizlətməyə çalışırlar. Tibb işçiləri də bu sahədə peşəkar olmalı, hadisəni aşkarladıqdan sonra polisə müraciət etməlidirlər. Azərbaycanda azyaşlı qızlardan tutmuş 60 yaşdan yuxarı xanımların da döyülmə faktları qeydə alınıb. Bunların arasında təkcə əri tərəfindən deyil, övladı, valideynləri, qaynanası, hətta baldızı tərəfindən döyülə qadınlar da var”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub