Atalığından hamilə qalan 12 yaşlı ananın uşağı dünyasını dəyişib.
Mynews.az-ın məlumatına görə, bu barədə AzNews.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib. O, qeyd edib ki, buna səbəb 6 aylıq uşağın inkişafdan qalmasıdır:
“12 yaşında qızın orqanizmi ana olmağa hazır deyil. Böyrəyində olan fəsad öz nəticəsini verdi. Uşaq öldü. Amma həkimlər ona uşağın ölümünü deməyib”. Kəmalə Ağazadə 12 yaşlı qızın vəziyyətinin yaxşı olduğunu deyib.
Atalığından hamilə olan qızın sentyabrın 16-da halı pisləşdiyindən Uşaq Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna gətirilmişdi. Hamilə qız orada əməliyyat olunaraq 6 aylıq hamiləliyinə son verilib.
Qeyd edək ki, Balakən rayonunda 12 yaşlı uşaq atalığından hamilə qalıb. Qeyri-rəsmi nikahda yaşadığı qadının qızını zorlayaraq onu hamilə qoyan Şindiyev Elçin Qədir oğlu barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub