Sabirabad rayonunda 28 günün içərisində azyaşlı bacı və qardaş müəmmalı şəkildə dünyasını dəyişib.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Sabirabadın Həşimxanlı kəndində, Əsədovlar ailəsində baş verib. Kənd sakini, 3 yaşlı Əlvan Əsədli 1 ay əvvəl qəflətən dünyasını dəyişib. Ailəsi onun ölümünü səhhətindəki problemlə əlaqələndirib.
Lakin 2 gün əvvəl onun bacısı, 5 yaşlı Səma Əsədli də naməlum səbəbdən qəfildən dünyasını dəyişib. Bu isə müəmmaları və şübhələri artırıb.
Uşaq dərhal xəstəxanaya aparılsa da, həkimlər onun keçindiyini bildiriblər.
Azyaşlıların ailəsinin və yaxınlarının sözlərinə görə, Səmanın səhhətində indiyədək heç bir problem olmayıb. Buna görə də hansı səbəbdən ölməsi müəmmalı olaraq qalır. Bu hadisə onun qardaşı Əlvanın da sırf allergiyadan ölməsi ilə bağlı şübhələr yaradıb.
Ölümün səbəbini araşdırmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Birliyi tərəfindən nümunələr götürülüb. Sentyabrın 25-də analizlərin cavabları açıqlanacaq və Səma Əsədlinin hansı səbəbdən dünyasını dəyişdiyi məlum olacaq.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub