Mingəçevir şəhərində bir qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə 20 Yanvar küçəsinin Heydər Əliyev prospekti ilə kəsişmə nöqtəsinə yaxın ərazisində qeydə alınıb.
Belə ki, “Mercedes” və “Mitsubishi” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Mitsubishi”də olan mingəçevirli qadın Ağayeva Diliş Mehman qızı ağır xəsarət alıb. Yaralı taksi ilə şəhər xəstəxanasına çatdırılıb.
Məlumata görə, qəzanı törədən “66 AA 155” dövlət qeydiyyat nişanlı “Mercedes” Yevlax rayon İcra Hakimiyyətinə məxsus xidməti avtomobildir.
Hadisə ilə bağlı araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub