Türkiyənin Adana şəhərində internet üzərindən sayt qurub 700 qadına fahişəlik etdirdiyi iddia edilən şəbəkə Dubayda da fəaliyyət göstərib.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının apardığı araşdırmalar nəticəsində məlum olub ki, saytın rəhbəri Mehmet A. saytda bədənini satmaq üçün elan yerləşdirməkdən ötrü fahişələrdən ən az 10 min lirə (5 min manata yaxın) alıb.
Azərbaycanlı fahişələrin də bədənini satışa çıxardığı eskort sayt Dubayda da qısa müddətdə məşhurlaşıb. Məlum olub ki, Türkiyədən sonra ən çox gəlir gətirən ikinci sayt Dubayda escort saytdır.
Mehmet A. polisə ifadəsində deyib ki, əgər tutlmasaydı, dünyada ən varlı insanlardan biri olacaqdı: "Yaxşı pul qazanırdım, milyarder olacaqdım"
Xatırladaq ki, Türkiyənin Adana şəhərində internet üzərindən sayt qurub 700 qadına fahişəlik etdirdiyi iddia edilən şəbəkə aşkarlanıb.
Aparılan əməliyyatlar zamanı aralarında özəl kanalda evlilik verilişinə qatılan qadınların da olduğu fahişələr saxlanılıb.
Polis 54 eskort saytının Türkiyədə təxminən 700 qadına fahişəlik etdiriyini müəyyənləşdirib. Şəbəkə reklam şirkəti adı ilə fəaliyyət göstərib. Şübhəli şəxslər 3 ay ərzində polis tərəfindən izlənilib.
Əməliyyat çərçivəsində Adana başda olmaqla, İstanbul, Ankara, İzmir, Bursa, Antalya, Muğla, Kocaeli, Eskişehir, Mersin, Qaziantəp, Hatay, Şanlıurfa və Malatyada səhər saatlarında əməliyyat başlayıb.
Basqınlar zamanı şəbəkə təşkilatçılarından 23 nəfər şəxs saxlanılıb. Onlardan 2-i qadın, 20-i kişi olub. "Zuhal Topalla izdivaç" verilişində iştirak etmiş Birkanın da saxlanılanlar arasında olduğu ortaya çıxıb. Polisin araşdırmasına görə, Birkan biri azərbaycanlı olmaqla 3 qadına sayt üzərindən fahişəlik etdirib.




1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub