Bakıya istirahətə gəlmiş iranlı turist polisə müraciət edib.
İran İslam Respublikasının vətəndaşı Seyyid Ehsan Yunisi bildirib ki, Rəşid Behbudov küçəsi 10 ünvanındakı gecə klubunda ona vermədiyi sifarişlərə görə gələn hesabı zorla ödətdiriblər.
Şikayətçi ərizəsində qeyd edib ki, gecə saatlarında kluba gedib. Az sonra iki yüngül əxlaqlı qadın onun masasına yanaşaraq birgə istirahət edə biləcəklərini deyiblər və müxtəlif içkilər sifariş veriblər. Durub getmək istədikdə isə klub işçiləri həmin qadınların içdiyi içkilərin hesabının onun tərəfindən ödənməli olduğunu bildirərək qarşısını kəsiblər. İranlı turist həmin qadınlara görə əlavə 166 manat ödədikdən sonra klubu tərk edə bilib və dərhal polis bölməsinə gedib.
Məsələ ilə bağlı araşdırma aparılır.(lent.az)
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub