Respublika əhəmiyyətli yolda hərəkət edən yük avtomobili sürücüsünün səhlənkarlığı barədə çəkilmiş videogörüntünü izləyicilərdən biri Avtosfer.az-a göndərib.
Mynews.az-ın məlumatına görə, “Shacman” markalı, 99 DR 071 dövlət nömrə nişanlı avtomobilin sürücüsü daşıdığı qumun yerə dağılmasına əhəmiyyət verməyərək hərəkətini davam etdirirdi.
Bu cür yük daşıma qanunvericiliklə qadağandır. “Yol hərəkəti haqqında” qanunun 57-ci maddəsinin III hissəsinin 5-ci bəndində qeyd olunub ki, daşınan yük ətraf mühiti çirkləndirməməlidir. Bu qaydanı pozan sürücüləri isə 40 manat məbləğində cərimə gözləyir.
Yük avtomobillərinin sürücülərinə bildiririk ki, bu cür tez dağılan yükləri daşıyan zaman onların yerə dağılmamasına xüsusi nəzarət etməlidirlər. Çünki bu cür məsuliyyətsizlik ətraf mühiti çirkləndirməkdən əlavə, həm də ağır yol nəqliyyat hadisələrinə gətirib çıxara bilər.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub