Bu gün axşam saat 18:10 radələrindən başlayaraq Böyük Qafqaz sıra dağlarının cənub ətəyindən Zaqatala rayonu Yuxarı Tala kəndinin inzibati ərazisindən keçən hissəsində yüksək dağlıq ərazidə yanğın başlayıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə FHN-nin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.
Yanğının yüksək dağlıq meşəlik ərazidə baş verdiyi üçün ərziyə texnikanın çıxması mümkünsüzdür. Hazırda yanğınsöndürənlər digər vasitələrlə yanğına müdaxilə etməyə çalışırlar.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub