Bakının Nəsimi rayonu ərazisində minik avtomobili ilə avtoxuliqanlıq edən sürücü qəza törədib.
Mynews.az-ın məlumatına görə, Yol Patrul Xidməti əməkdaşlarının Report-a verdiyi xəbərə görə, 1993-cü il təvəllüdlü Seymur Qurbanov taksi fəaliyyəti ilə məşğul olduğu "99-KL-905" dövlət qeydiyyat nişanlı, "VAZ-2107" markalı avtomobillə Hüseynbala Əliyev küçəsində bir neçə dəfə yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
Bununla kifayətlənməyən sürücü nəqliyyat vasitəsilə işıqforun qırmızı işığından keçərək, 1994-cü il təvəllüdlü Həmidov Əlsalamın idarə etdiyi "Changan" markalı avtomobilə çırpılıb. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.
"VAZ-2107"-nin sürücüsü S.Qurbanov YPX-nin əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib. Hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşları da gəlib.
Fakt araşdırılır.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub