Sabirabad rayonunda 28 günün içərisində dünyasını dəyişən azyaşlı bacı və qardaşın müəmmalı ölüm səbəbi haqqında ekspertizanın nəticələrinin bu gün açıqlanacağı ilə bağlı məlumat yayılmışdı.
Mynews.az xəbər verir ki, qafqazinfo nəticələrin necə olduğunu öyrənmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, valideynləri uşaqlar üzərində ekspertiza aparılmasına icazə verməyib: "Ekspertiza olmadığına görə onların dəqiq ölüm səbəbi də məlum deyil. Qeyd edim ki, valideynlər qohumdurlar".
Xatırladaq ki, Sabirabadın Həşimxanlı kəndində kənd sakini, 3 yaşlı Əlvan Əsədli və onun 5 yaşlı bacısı Səma Əsədli bir ayın içində naməlum səbəbdən qəfildən dünyasını dəyişib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub