Bakının mərkəzindəki gecə klubunun sahibəsi polisə ərizə yazaraq tanışının onu zorladığını və hədə-qorxu yolu ilə pul aldığını bildirib.
Mynews.az-ın xəbərinə görə, bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat veriblər.
Paytaxtın Manafov küçəsində yerləşən müəssisənin 1989-cu il təvəllüdlü sahibəsi S.O. Nizami Кayon Polis İdarəsinin 22-ci bölməsinə ərizə ilə müraciət edib.
O, bildirib ki, sentyabrın 24-də saat 04.00-da 1968-ci il təvəllüdlü tanışı Abdullayev onu bıçaqla hədələyərək zorla cinsi əlaqədə olub. Sonra isə ondan hədə-qorxu yolu ilə pul tələb edib.
Lakin araşdırma aparılarkən məlum olub ki, məsələ bir qədər fərqlidir. Əməliyyatçılar cinayətdə şübhəli bilinən şəxsi dindiriblər və o, etiraf edib ki, həmin gecə sərxoş olub.
Onunla çoxdan tanıdığı müəssisə sahibəsi arasında mübahisə baş verib. Abdullayev bildirib ki, qadın öz tanışlarının yanında onunla kobud rəftar edib. Bu isə onu özündən çıxarıb və o, bıçağa əl ataraq klubun sahibəsindən izahat tələb edib.
“Heç bir zorlama və pul tələbi olmayıb”, - şübhəli şəxs deyib.
Abdullayevə inzibati sanksiya olaraq 30 sutkalıq həbs tətbiq edilib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub