Bərdə rayonunda azyaşlı xəstəxanada dünyasını dəyişib.
Mynews.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün mərkəzi uşaq xəstəxanasında qeydə alınıb.
6 yaşlı Səma Vəlizadə yüksək hərarətlə valideynləri tərəfindən xəstəxanaya gətirilib. Bundan iki saat sonra uşaq həyatını itirib.
Həkimlərin bildirdiyinə görə, azyaşlı xəstəxanaya gətirilərkən vəziyyəti çox ağır olub. Bütün tibbi yardımlar göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Uşağın valideynləri isə azyaşlının ölümündə həkimləri günahlandırırlar.
Ziyafət Əliyeva – Uşağın nənəsi: “Tibb bacısı uşağa iynə vurdu. Gördüm ki, uşağın qılçaları xal-xal olub, qara ləkələr əmələ gəlir. Tibb bacısına çığırmışıq ki, uşağın qılçaları ləkə töküb. Dedi ki, qızdırmadandı. Tərləyəndə keçəcək. Əhəmiyyət vermədi getdi. İynə otağına gedəndə uşaq əlimizdə keçindi”.
Faktla bağlı araşdırma aparılır.
10:25
Bərdə rayonunda 6 yaşlı uşaq xəstəxanada ölüb.
Mynews.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən Uşaq poliklinikasında baş verib.
Belə ki, 2011-ci il təvəllüdlü Sənan Elvin oğlu Vəlizadə yüksək hərarətlə poliklinikaya çatdırılıb.
Onun valideynləri uşağın ölümündə həkimləri ittiham edərək, poliklinikadan şikayət ediblər.
Poliklinikadan bildirilib ki, uşağın ölümündə həkimlərin günahı olmayıb: “Uşaq yüksək hərarətlə və ağır vəziyyətdə poliklinikaya gətirilib. Həkimlər tərəfindən uşağa ilkin tibbi yardım göstərilib, zəruri tibbi müdaxilələr edilib. Lakin uşağın həyatını xilas etmək mümkün olmayıb”.
Uşağın ölümü ilə bağlı Bərdə Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub