Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta sənəd düzəltməkdə və dələduzluqda təqsirləndirilən Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az Report-a istanadla xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə T.Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında T.Abdullayevanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, T.Abdullayeva ötən il iyunun 21-də polis əməkdaşları tərəfindən saxlanılıb, onun barəsində heç yerə getməməklə bağlı iltizam tədbiri seçilib.
T.Abdullayeva barəsində cinayət işi həyat yoldaşı, biznesmen Barat Abdullayevin şikayəti əsasında başladılıb. Belə ki, B.Abdullayev şikayətində bildirib ki, arvadı T.Abdullayeva şəxsiyyət vəsiqəsini saxtalaşdırmaqla, birgə nikah dövründə yaşadıqları mənzili satıb, pulunu ələ keçirib. Bundan sonra həmin sənəddən istifadə edərək, qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirərək, ona 890 min manat məbləğində ziyan vurub.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub