Sosial şəbəkələrdə müxtəlif xidmət sahələrinin reklamını görməyə öyrəşmişik. Bu dəfə qarşımıza çıxan xidmət isə tamam fərqli idi.
Mynews.az publika.az-a istinadən xəbər verir ki, daşdan da pul çıxaran xalqımızın dəyərli nümayəndələri Allah tərəfindən onlara verilən bioloji üstünlükləri də pula çevirməyi qərara alıb. Belə ki, instaqramda qarşımıza "hamile_qoyan" adlı hesab çıxıb. Bu şəxs ana olmağa çalışan qadınlara pul qarşılığında hamilə qalmağı təklif edir. O, profilinə "Ərində problem olan və hamilə qalmaq istəyən xanımlar ərinin istəyilə yazsın. Xidmət pulludur" sözlərini yazıb.
Məsələnin nə dərəcədə doğru olub-olmadığını yoxlamaq üçün əməkdaşımız instqaram hesabından həmin şəxslə əlaqə saxlayıb. Ortaya isə tragikomik faktlar çıxıb. 24 yaşı olduğunu deyən şəxs, eyni zamanda polis rəisinin oğlu olduğunu iddia edib.
- Prosedur neçə gün davam etməlidir?
- İki gün ard-arda görüşmək lazımdır.
- Hər seansın qiyməti nə qədərdir?
- İki seans 150 manat edir.
- Bəs görüşlər hansı məkanda gerçəkləşir?
- İstəyə görə müştərinin evində, hoteldə və ya öz evimdə görüşürəm. Hoteldə görüşürüksə, hotel xərcini xanım ödəyir.
- Bəs müştərinin hamilə qalacağına necə zəmanət verirsiniz?
- İndiyədək 4 xanımla birlikdə cinsi əlaqədə olmuşam. Bütün müştərilərim görüşdən məmnun qalıb.
- Qadınlar yanınıza gizli şəkildə gəlib?
- Onlardan birinin əri yanında olub, digərləri ilə isə gizlin şəkildə görüşmüşük.
- Həyat yoldaşı da sizə qoşulmuşdu?
- Yox, o, çöldə gözləyirdi.
- Ərinin çöldə gözlədiyini bilə-bilə evli bir xanımla cinsi əlaqədə olmaq sizə hansı hissləri yaşadır?
- Mənim "vecim"ə olmur. Onların nə hiss yaşadığını isə bilmirəm.
- Sizin puldan başqa xüsusi tələbləriniz olur?
- Təmizlik mütləq olmalıdır. Bir də şəxsiyyət vəsiqəsi ilə nikah şəhadətnaməsi tələb edirəm.
- O sənədləri niyə?
- Bir dəfə biri məni "ilişdirmək" istəyirdi. Atam polis rəisidir, onun köməyi ilə canımı qurtardım.
- Polis rəisinin oğlu niyə bu işlə məşğul olsun ki?
- Atamla aramız yaxşı deyil. Davamlı olaraq çalışmağı da sevmirəm. Bu yolla həm kefimi görürəm, həm də pul qazanıram.
- Müştərilərin xüsusi istəyi olarsa onunla razılaşırsınız?
- 150 manatın içinə hər şey daxildir. Müştəri istəyirsə, əri ilə birlikdə qrup şəklində də cinsi əlaqədə ola bilərik.
- İlk olaraq müştərilərə fotonuzu göndərirsiniz?
- Yox, yalnız yer təyin edirəm, bir məkanda görüşüb, biri-birimizi görürük. Əgər bəyənirsə, oradan da ilk seansa gedirik. Hər iki seansda iki dəfə orqazm oluram. Bu da qadınların daha tez hamilə qalmasına kömək edir.