Bakı Ağır Cinayətlər Məhkəməsində qayınanasını bıçaqlamaqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Naiq İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrlik etdiyi iclasda təqsirləndirilən şəxsin vəkili Tural Süleymanov çıxış edib.
Bildirib ki, zərərçəkmiş şəxsin müdafiə etdiyi şəxsdən heç bir şikayəti yoxdur. Vəkil müdafiə etdiyi şəxsə ən aşağı cəzanın verilməsini istəyib. Vəkil deyib ki, hadisə baş verən zaman onların yanında uşaqlar olmayıb və bu, məhkəmədə sübuta yetirilib.
N. İsgəndərov da vəkili ilə razı olduğunu deyib. Müşavirdən sonra hökm oxunub. Hökmə əsasən, onun ittiham edildiyi 126.2.3-cü (xüsusi amansızlıqla xəsarət yetirmə) maddəsi 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəyə tövsif edilib. Onun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilib və 1 il müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı çıxışında N.İsgəndərovun 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, N.İsgəndərov ailə münaqişəsi zəminində qayınanası Hüri Qurbanovanı bıçaqlayıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub