Bakıda "bomj"u qətlə yetirməkdə təqsirləndirilən Natiq Abbasovun məhkəməsi başa çatıb.
Mynews.az- Lent.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Natiq Abbasov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror çıxışında N. Abbasovun 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, qətl keçən il noyabrın 25-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yuri Batanovun (baş nahiyəsində döyülməyə xarakterik) meyiti tapılıb.
Yuri Batanov 'bomj" həyatı yaşayıb.
Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Natiq Abbasov tutulub.
Təqsirləndirilən şəxs ilkin ifadəsində "bomj"u bacısına söz atdığı üçün qətlə yetirdiyini bildirib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub