Sabah Ali Məhkəmədə video-bloqer Mehman Hüseynovun barəsindəki Bakı Apellyasiya Məhkəməsinin qərarından verilən kassasiya şikayətinə baxılacaq.
Mynews.az Qafqazinfo-ya istinadla xəbər verir ki, şikayət üzrə sabah saat 11:00-da, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar veriləcək. Vəkili Elçin Sadıqov "Azadlıq Radiosu"na açıqlamasında sabahkı prosesdə M.Hüseynovun azadlığa buraxıla biləcəyini qeyd edib.
M.Hüseynov Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin ona qarşı verdiyi xüsusi ittiham qaydasında şikayət üzrə həbs edilib.
Suraxanı rayon Məhkəməsinin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub. Hökmdən verilən apellyasiya şikayəti qüvvədə qalıb.
Qeyd edək ki, M.Hüseynov yanvarın 9-da saxlanılıb və məhkəmə qərarı ilə polisin qanuni əmrinə tabe olmamaqda ittiham edilərək, 200 manat cərimə edilib. Sərbəst buraxıldıqdan sonra o, saxlanılarkən işgəncələrə məruz qalması barədə müsahibə verib. Bu zaman səsləndirdiyi fikirlərə görə M.Musayev onun böhtan atdığını (Maddə 147.2: Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə) iddia edib və M.Hüseynovun həbsi üçün məhkəməyə müraciət edib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub