Lənkəranda dünən gecədən yağan leysan fəsadlar törədib. Şəhərin mərkəzi küçələrində yığılıb qalan, həyətlərə dolan yağış suları sakinlər üçün çətinliklər yaradıb. Bəzi evləri su basıb.
Mynews.az xəbər verir ki, zərərçəkən Qədir Əliyev deyib ki, evinin zirzəmisi su ilə dolub. Ev çiy kərpicdən tikildiyindən bir neçə yerdən çatlar yaranıb. Yağış suyu kanalizasiya suyuna qarışıb.
Lənkəran şəhər sakini Fərəcullah Rəhimov isə bildirib ki, yağış nəticəsində körpülər bağlınıb, kanallar daşıb. “Dəfələrlə müraciət etmişik. Baxmırlar. Bir dəfə gəlib qreyderi salırlar, o da hamarlayıb çıxır gedir. Kanalizasiya sistemi yoxdur. Kanalizasiya sistemi olsa biz belə əziyyət çəkmərik”. –sakinlər söyləyiblər.
Yağış gölməçələr yaradıb, məktəblərin qarşısında yığılan sular səbəbindən uşaqlar çətinliklərlə üzləşirlər.
Şəhər sakini Əfruz Hüseynova bildirib ki, uşaqları məktəbə qucaqlarında aparmağa məcburdular. (ARB)
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub