Sentyabrın 25-də Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə Mərdəkan və Şüvəlan qəsəbələri ərazisində 6 həyətyanı sahədən velosipedlərin oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, yaradılan əməliyyat qrupu dərhal tədbirlərə başlayıb və tezliklə şübhəlilər müəyyən edilib.
Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əmrah Nağıyev vəZərqələm Ələkbərov saxlanılaraq, Polis Bölməsinə gətiriliblər.
Onlar tutarlı sübutlar qarşısında törətdikləri əməli etiraf ediblər.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub