Ağdaş rayonunda narkotik bitkiləri yetişdirən və evində narkotik saxlayan şəxs saxlanılıb.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Pirəzə kənd sakini, 41 yaşlı Məhəmmədiyə Eminova məxsus evin həyətyani sahəsindən xüsusi üsulla yetişdirilmiş narkotik bitkilər tapılıb. Polis əməkdaşları baxış keçirərkən oradan ümumi çəkisi 207 kiloqram, hündürlüyü 4.5 metr olan 17 ədəd çətənə bitkisi aşkar edib. Bundan əlavə keçirilən əməliyyat zamanı Məhəmmədiyə Eminovun evinə baxış keçirilib və oradan qurudulmuş marixuana aşkar edilib.
Məhəmmədiyyə Eminov polis əməkdaşlarına ilkin ifadəsində narkotik kollara vaxtaşırı qulluq etdiyini və həmin bitkilərdən özü istifadə etdiyini bildirib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub