Bakı metropoliteninin ərazisində ölüm hadisəsi baş verib.
Mynews.az "Report"a istinadən bildirir ki,hadisə "Koroğlu" metrostansiyasının Nizami rayonu ərazisində yerləşən hissəsində qeydə alınıb.
Metrodan çıxan orta yaşlı kişi çıxışda pilləkənləri qalxarkən qəfil halı pisləşərək dünyasını dəyişib.
Ətrafdakı insanlar hadisə yerinə "təcili yardım" maşını çağırıblar. Xidmətin həkimləri ilkin rəy kimi onun ürək tutmasından öldüyünü bildiriblər.
Buna baxmayaraq, Nizami Rayon Polis İdarəsinin əməkdaşları meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub