USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Bakı metrosunda ölüm

09:56 02.10.2017
Bakı metrosunda ölüm
09:56 02.10.2017

Bakı metropoliteninin ərazisində ölüm hadisəsi baş verib.

Mynews.az Report.az-a istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyasının Nizami rayonu ərazisində yerləşən hissəsində qeydə alınıb.

Metrodan çıxan orta yaşlı kişi çıxışda pilləkənləri qalxarkən qəfil halı pisləşərək dünyasını dəyişib.

Ətrafdakı insanlar hadisə yerinə "təcili yardım" maşını çağırıblar. Xidmətin həkimləri ilkin rəy kimi onun ürək tutmasından öldüyünü bildiriblər.

Buna baxmayaraq, Nizami Rayon Polis İdarəsinin əməkdaşları meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil veriblər.


Xəbər lenti