Mynews.az APA-ya istinadən xəbərinə görə, hadisə bu gün səhər saat 9:30 radələrində Bakı-Şamaxı avtomobil yolunun Sabir qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. İki “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfərin hadisə yerində öldüyü, 3 nəfərin ağır xəsarət alaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.
Hələlik ölənlərin və xəsarət alanların kimliyini müəyyən etmək olmayıb. Hazırda yol polisi əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub