Dövlət Sərhəd Xidmətinin əməkdaşları külli miqdarda narkotik və psixotrop maddələrin, eləcə də, pirotexniki vasitələrin ölkəmizə gətirilməsinin qarşısını alıb.
Mynews.az xəbər verir ki, sentyabrın 22-də Azərbaycan vətəndaşları Zeynalov Əbilhəsən Səhhəd oğlu və Orucov Burhan Adıgözəl oğlu Biləsuvar-Salyan şose yolu kənarında gizlədilmiş 2160 ədəd “Pregabolin 150” və 17000 ədəd “T-Dol 200” markalı psixotrop tərkibli dərman preparatlarını götürüb, hadisə yerindən uzaqlaşmağa cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Sentyabrın 23-də Qazax rayonunun Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində Gürcüstandan Azərbaycan Respublikasına dövlət sərhədindən atla 2 ədəd 220 litrlik çəlləklərə yığılmış müxtəlif formalı pirotexniki vasitənin keçirilməsinin qarşısı alınıb.
Çəlləklərə keçirilmiş baxış zamanı içərisində 192 ədəd böyük və 160 qutu kiçik ölçüdə müxtəlif çeşidli partlayıcı fişənglər aşkar olunaraq götürülüb. Sərhəd pozucuları hava şəraitinin qaranlıq, ərazinin sıx meşə olmasından istifadə edərək atları və qaçaqmalı hadisə yerində ataraq geri qayıdıblar.
Sentyabrın 25-də Yardımlı rayonunun Arus kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikasına dövlət sərhədindən narkotik vasitə olan 7,6 kiloqram heroinin, 9,8 kiloqram tiryəkin və 1,3 kiloqram psixotrop tərkibli “Metafitamin” dərman preparatlarının keçirilməsinin qarşısı alınıb, sərhəd pozucuları qaçaqmalı hadisə yerində ataraq geriyə dönüblər.
Hər üç faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub