Bu gün saat 9:30 radələrində Bakı-Şamaxı avtomobil yolunun Sabir qəsəbəsi ərazisindən keçən hissəsində iki “Mersedes” markalı minik avtomobilinin toqquşması nəticəsində ölən 3 nəfərin və xəsarət alan 4 nəfərin adı məlum olub.
Mynews.az xəbər verir ki, Şamaxı Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, Bakı sakini, 1971-ci il təvəllüdlü Cəbiyev Elman Hüseyn oğlu, onun 18 yaşlı qızı Nigar Hüseynova və Ağsu rayonu Kəndoba kənd sakini, 1976-cı il təvəllüdlü Soltiyev Teymur Bədirxan oğlu qəzada ölüb.
Bakı sakini, 1973-cü il təvəllüdlü Hüseynova Gülnarə Yolçu qızı, Ağsu rayon sakinləri - 1966-cı il təvəllüdlü İbrahimov İlqar Fərhad oğlu, 1973-cü il təvəllüdlü Babayev Elşən Muradxan oğlu və 1978-ci il təvəllüdlüBabayev Cavid Əlibaba oğlu ağır bədən xəsarətləri alaraq, Şamaxı MRX-na yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
1
"Məlhəm Hospital"da yoxlama - Direktor cəzalandırıldı
515 dəfə oxunub
2
Bu ərazilərə qar yağır
461 dəfə oxunub
3
Azərbaycanda müəllim qızını xilas edərkən kanalda boğulub öldü
456 dəfə oxunub
4
Azərbaycanda daha bir bayram günü İŞ OLMAYACAQ
442 dəfə oxunub
5
"Lotu Quli"nin yaxın adamını öldürən şəxsin cəzası azaldıldı
425 dəfə oxunub