Bakının mərkəzində özünü ərəblərə satan onlarla azərbaycanlı fahişələr tutuldu RƏSMİ

1138
Bakının mərkəzində özünü ərəblərə satan onlarla azərbaycanlı fahişələr tutuldu RƏSMİ

Bakının mərkəzində yerli vətəndaşlara və əcnəbi turistlərə pul müqabilində intim xidmətlər təklif edən 83 nəfər saxlanılıb.

Daxili İşlər Nzirliyindən BAKU.WS-ə verilən məlumata görə, vətəndaşların çoxsaylı müraciətləri əsasında Bakı şəhərinin mərkəzi hissəsində, xüsusən də Nəsimi, Nərimanov, Səbail və Yasamal rayonlarının ərazisində axşam saatlarında qrup şəklində yerli vətəndaşlara və əcnəbi turistlərə pul müqabilində intim xidmətlər təklif edən, hətta imtina edənləri təhqir edib münaqişəyə çəkməklə ictimai qaydanı pozan şəxslərin müəyyənləşdirilməsi, onların dəri-zöhrəvi xəstəliklərin daşıyıcısı olub-olmamasının yoxlanılması və digər profilaktiki tədbirlərin görülməsi məqsədi ilə şəhərin Baş Polis İdarəsi və ərazi polis orqanlarının əməkdaşları tərəfindən sentyabrın 15-dən 30-dək həyata keçirilmiş tədbirlərlə 83 nəfər saxlanılmışdır.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokollar tərtib edilərək məhkəmələrə göndərilmiş, 56 şəxs barəsində müxtəlif müddətlərə inzibati həbs tənbehi seçilmiş, 18 nəfərə inzibati qaydada cərimə, 9 nəfərə xəbərdarlıq edilmişdir.

Lakin saxlanılan şəxslərin hüquqlarını müdafiə edən vəkillərin müraciətləri nəzərə alınaraq inzibati həbs olunanlardan 32 nəfəri müalicə üçün Dəri-Zöhrəvi dispanserlərə göndərilmiş, zöhrəvi xəstəlik aşkar edilməmiş 24 nəfər inzibati həbsdən azad edilmişdir.

Tibbi-laborator müayinələrin hazırkı nəticəsinə görə 32 nəfərdə müxtəlif zöhrəvi xəstəliklər, o cümlədən 6-da “AİDS”,

6-da “HİV”, 16-da “sifilis”, 2-də “kəskin uretrit, candida albikas və trixomonias”, 2 nəfərdə isə “Hepatit HVC” virusu aşkarlanmış, digərlərində zöhrəvi xəstəliklərin olub-olmamasının müəyyənləşdirilməsi, eləcə də onlar tərəfindən bu xəstəliklərin məqsədli şəkildə yayılmasının qarşısının alınması istiqamətində səhiyyə orqanları ilə birgə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Ayrı-ayrı kütləvi informasiya vasitələrində cinsi azlıqlara qarşı guya təqiblərin olması və onların hüquqlarının pozulması barədə deyilənlər, belə iddialar tamamilə əsassızdır, reallığı əks etdirmir. Bir daha qeyd etməyi vacib hesab edirik ki, belə tədbirlərin keçirilməsində məqsəd yalnız ictimai qaydanı pozmaqla vətəndaşların şikayətlərinə səbəb olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi və ağır nəticələrə səbəb olan yoluxucu zöhrəvi xəstəliklərin yayılmasının qarşısının alınmasıdır.

Xəbər lenti