Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun da adının hallandığı, Xətai rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişən Uğur Vəliyevin yaxınları qəzaya səbəb olanların ailəyə kömək etmələrini tələb edir.
Mynews.az xəbər verir ki, bununla bağlı qafqazinfo.az-a müraciət edən Nailə Mirzəyeva bildirib ki, Uğur Vəliyevin 3 övladı var: “O, qızı ilə kirayə tutduqları evdə yaşayırdı. Qızı ailəsindən ayrılıb. Himayəsində də 12 yaşlı bir övladı var. Evin tək köməyi ata idi. O qazanıb, kirayə pulunu və qızının xəstəxana xərclərini ödəyirdi. İndi qızı Ağciyər İnstitutunda ağır vəziyyətdə müalicə alır. Heç atasının rəhmətə getdiyini də bilmir. Biz hadisəyə səbəb olan hər iki sürücüdən, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov və Rasim Əsgərovdan ailəyə bu çətin vəziyyətdə kömək etmələrini, onlara dəymiş ziyanın ödənilməsini xahiş edirik”.
Xatırladaq ki, hadisə sentyabrın 15-də Bakıda - Xətai rayonunda baş verib. Uğur Vəliyev Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun idarə etdiyi “Mercedes” markalı avtomobilin yan güzgüsü ilə vurulub, daha sonra Rasim Əsgərovun idarə etdiyi “Ford” markalı yük maşını piyadanın üstündən keçib. Nəticədə piyada aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub