Qaxda 26 yaşlı oğlan toyuna 6 gün qalmış özünü sirkə turşusu ilə zəhərləyib.
Mynews.az apa-ya istinadən xəbər verir ki, bu gün saat 17 radələrində rayonun Almalı kənd sakini, 1991-ci il təvəllüdlü Nofəl Məzahir oğlu Yusifov kəskin zəhərlənmə əlamətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.
MRX-dan verilən məlumata görə, həkim müayinəsi zamanı məlum olub ki, 26 yaşlı Nofəl Yusifov hələki bilinməyən səbəbdən bilərəkdən sirkə turşusu qəbul edib. Nofəl Yusifova xəstəxanada lazımi tibbi yardım göstərilib, vəziyyəti ağır olduğu üçün müayinə və müalicəsini davam etdirmək üçün axşam saat 19:30 radələrində Respublika Toksikologiya Mərkəzinə göndərilib.
Məlumatda o da bildirilir ki, Nofəl Yusifov nişanlı olub, oktyabrın 1-də qız toyu olub, ayın 8-də isə isə Nöfəlin öz toyu olacaqdı. Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub