Bakıda qadına qarşı quldurluq edilib.
Mynews.az musavat.com-a istinadən xəbər verir ki, Göyçay sakini, 1964-cü il təvəllüdlü Vəzirova Qumru Vaqif qızı Qaradağ Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, quldurluq hadisəsi ilə üzləşib. Qızıldaş qəsəbəsindəki kafelərdən birində naməlum şəxs ona hücum edərək döyüb. Daha sonra həmin şəxs 53 yaşlı qadının mobil telefonunu və pul kisəsini götürüb.
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan 38-ci Polis Bölməsinin əməkdaşları çox keçmədən quldurluq cinayətini törətməkdə şübhəli bilinən Qax sakini, 1989-cü il təvəllüdlü Rəvan Yusifovu saxlayıblar. Bölməyə gətirilən 28 yaşlı Rəvan əməlini etiraf edib. Onun üzərinə baxış zamanı quldurluq yolu ilə əldə etdiyi telefon və pul kisəsi aşkar edilib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb, istintaq gedir.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub