Şamaxıda köməksiz vəziyyətdə qalan əcnəbilər xilas edilib.
FHN və DİN-dən Mynews.az-a bildirilib ki, oktyabrın 3-də, saat 11:00 radələrində Şamaxı rayonunun Pirbəhli kəndinin dağlıq ərazisində Rusiya Federasiyası vətəndaşları olan turistlər - Yuriy Sıvarnik və Olqa Juravlyova havanın yağışlı olması və dağ yolunun yararsız hala düşməsi ilə əlaqədar idarə etdikləri “Nissan Patrol” markalı avtomobildə köməksiz vəziyyətdə qalıblar.
Nazirliyin gördüyü operativ və təxirəsalınmaz tədbirlər çərçivəsində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən əməliyyat şəraiti öyrənilib, əməliyyat məlumatlarının və xilasetmə qüvvələrinin çevik idarə edilməsi həyata keçirilib, Mülki Müdafiə Qoşunlarının canlı qüvvəsi və texnikası və Aviasiya dəstəsinin “Ka-32A” helikopteri turistlərin axtarışlarına cəlb edilib.
Şamaxı RPŞ və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən dağlıq ərazidə yerləri müəyyənləşdirilib və xilas edilərək, Bakı şəhərinə yola salınıblar.
Onların olduğu “Nissan” markalı avtomobil yedəyə alınaraq, Şamaxı şəhərinə gətirilib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub